Havanın temperaturu kəskin dəyişəcəkbackend

Havanın temperaturu kəskin dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 15-i axşamdan noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

NOCOMMENT.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-i axşam şərq rayonlarında, noyabrın 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Havanın temperaturu tədricən 5-7° enəcək. 

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.