ABŞ-ın Havay ştatında kolluq ərazilərdə baş verən yanğınlar nəticəsində bəzi evlərə ziyan dəyib, ərazidə genişmiqyaslı təxliyələrə başlanılıb.
NOCOMMENT.az xəbər verir ki, Havay Qubernator vəzifəsini icra edən Silvia Luke ştatın müxtəlif bölgələrində nəzarət altına alına bilməyən yanğınlar səbəbindən fövqəladə vəziyyət elan edib.
Meteoroloq Jeff Powell, Havay adalarının şimaldakı yüksək təzyiqlə Dora qasırğasının yaratdığı aşağı təzyiq arasında qaldığını və bunun yanğına nəzarəti çətinləşdirdiyini bildirib.
Havay adalarının Maui adasının sözçüsü Mahina Martin iki bölgədə şiddətlənən yanğınlarla mübarizə aparıldığı, 13 min evin elektrik enerjisi ilə təmin olunmaması və bəzi bölgələrdə evakuasiyaya başlanıldığı barədə məlumat paylaşıb.
Maui Bələdiyyə Başçısı Richard Bissen də Kula bölgəsində təxminən 4500 kvadrat kilometrlik ərazidə yanğının təsirli olduğunu qeyd edib. O bildirib ki, ən azı iki evə ziyan dəyib, 40 evdən 80 nəfər təxliyə edilib.
Bissen, Mauinin şimalında daha 400 evin təxliyə edildiyini bildirdi.