Hazır olmalıyıq: Bölgədə anti-terror əməliyyatı…backend

Hazır olmalıyıq: Bölgədə anti-terror əməliyyatı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ciddi tədbir görülməli və düşmən qüvvələrin bu cür hərəkətlərinə dağıdıcı zərbələrlə cavab verilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistanın Tovuz istiqamətindəki növbəti təxribatı barədə Şerq.az-a danışan BDU- nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.

O, həmçinin əlavə edib ki, rəsmi Bakı diqqətli olmalıdır:

“Laçın dəhlizi mütləq bağlanmalıdır. Çünki bu dəhlizdən Rusiya və Ermənistan razılaşdırılmamış məqsədlər üçün istifadə edir, Xankəndi və ətraf ərazilərə hərbi ləvazimat, texnika daşıyırlar. Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin reallaşdırılması üçün müxtəlif istiqamətli dövlətlərarası müqavilələrin bağlanmasının vacibliyi barədə açıqlamasını alqışlayıram. Bu, haqq işimizə böyük dəstəkdir. Həmçinin nəzərə çatdırım ki, qondarma rejimin nəzarətində olan ərazidə sosial və ictimai durum, klanlararası ziddiyyətlər günü-gündən gərginləşməkdədir. Odur ki, Azərbaycan hökuməti bölgədə antiterror əməliyyatının keçirilməsinə hər an hazır olmalı və bu ərazilərdə dövlət suverenliyimizi bərpa etməlidir”.