Hazırlanma qaydası məxfi saxlanılır, bir fincanı 2,50 manatdırbackend

Hazırlanma qaydası məxfi saxlanılır, bir fincanı 2,50 manatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunun qonaqları soyuq qış aylarında buraya xüsusilə qozlu kofedən dadmaq üçün gəldiklərini deyirlər.

NOCOMMENT.az Azərtac-a istinadən xəbər verir ki, Göygöldən başqa digər ərazilərdə qozlu kofeyə rast gəlinmir.

Satıcılar hazırlanan qozlu kofenin bölgəyə xas olduğunu və hazırlanma qaydasını məxfi saxladıqlarını söyləyirlər.

“Yay fəslində olduğu kimi qışda da həm yerli sakinlər, həm də qonaqlar qozlu kofeyə böyük maraq göstərirlər. Qozlu kofenin aşağı hissəsi sadə kofedən yuxarı hissəsi isə xüsusi hazırlanan krem və qoz ləpəsindən ibarətdir. Bir fincan qozlu kofenin qiyməti 2 manat 50 qəpikdir. Gündəlik təxminən 80-100 arası qozlu kofe satırıq,” – deyə Səid Səmədli bildirib.