Həbib Nurməhəmmədov azarkeşlərinə müraciət etdibackend

Həbib Nurməhəmmədov azarkeşlərinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC turniri üzrə yüngül çəkili çempion, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov koronavirusla bağlı yaşanan vəziyyətə görə azarkeşlərinə müraciət edib.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Həbib instaqram səhifəsində paylaşım edərək bu çətin günlərdə hər kəsi öz valideynlərinə dəyər verməyə çağırıb.

“Hər biriniz bu çətin vəziyyətdə ancaq ailənizə deyil, valideynlərinizə də diqqət etməyə çalışın. Axı valideynlər cənnətin açarıdır. Onların dəyərini bilin. Çünki valideynləri olmayanlar kədərlənir və onlarla yalnız beş dəqiqə olsa belə bir fincan çay içmək üçün hər şeylərini verərlər”