Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər – FOTObackend

Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.

NOCOMMENT oxu.az-a istinadən bildirir ki, bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib: “Qoy, Uca Allah söz azadlığı şüarı altında yarım milyarddan çox müsəlmanın inanclını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu tezliklə görəcəksiniz.

Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.

https://www.instagram.com/p/CG9t9IUs0eZ/