Rusiyanın Federal Vergi Xidməti əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Buna səbəb onun 300 milyon rubla yaxın borcunun olmasıdır.
Daha əvvəl Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.