Həbs edilən general kimdir? – DOSYEbackend

Həbs edilən general kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Rəsulov saxlanıldığı haqda məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Məsum Eynalı oğlu Rəsulov 1974-cü ilin iyun ayının 21-də anadan olub.

Rəsmi tərcümeyi-halına görə, o, orta məktəbi bir il tez – 1990-cı ildə bitirib. Ancaq ali məktəbə qəbul ola bilməyib. 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1996-cı ildə ordu sıralarından təxris olunub.

M.Rəsulov yalnız 23 yaşında – 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil ola bilib və 2002-ci ildə həmin fakültəni hüquqşünas ixtisası üzrə bitirib.

26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.

2006-cı ildə gömrük orqanlarında fəaliyyətə başlayıb, həm də rəis kimi. Belə ki, 9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi təyin edilib.

29 may 2018-ci ildə Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir. Dörd övladı var.