Həbs edilən idmançıların şikayəti təmin edilmədibackend

Həbs edilən idmançıların şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl xuliqanlıq əməli ittihamı ilə həbs edilən MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayətin təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.

Qeyd edək ki, adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Onlardan polisə şikayət etmiş idmançı Həsən Əzizov dünən verdiyi müsahibədə artıq şikayətçi olmadığını, barışıq əldə edildiyini bildirib.