Həbs edilən məmurun yerinə gətirilmişdi, özü də rüşvətə görə tutuldubackend

Həbs edilən məmurun yerinə gətirilmişdi, özü də rüşvətə görə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat nəticəsində daha bir vəzifəli şəxs rüşvət almağa görə həbs edilib.

NOCOMMENT-ə qurumdan verilən xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının (Binəqədi) sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.

K.Məmmədov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilib. İstintaqın təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin qərarı ilə K.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 5 saylı TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilmişdi.

Xatırladaq ki, Tibbi-Sosial Ekspert Komissiyasındakı əməliyyat 3 gün öncə keçirilmişdi.