Həbs edilmiş icra başçısından yeni xəbər – Şahidlər danışdıbackend

Həbs edilmiş icra başçısından yeni xəbər – Şahidlər danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, prosesdə on nəfər şahid dindirilib. İş üzrə dindirilən şahidlərin əksəriyyəti Ağstafa rayonunda abadlaşdırma işləri aparılması adı ilə pul yığıldığını deyiblər.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərinə əsasən Ramiz Tatarov icra başçısının kabinetində müti görkəm alaraq yerli icra nümayəndələrindən yığdığı pulları ona təqdim edir, habelə “otkat” və digər korrupsiya məsələləri üzrə haqq-hesab aparırlar.

O zaman yayılan videokadrlardan aydın olurdu ki, N.Quliyev 7 gün ərzində rayondakı idarə və müəssisələrdən, sahibkarlardan ümumilikdə 200 min manata qədər rüşvət toplayıb.
Virtualaz.org