Həbs olunan icra başçılarının Koronavirus ianələribackend

Həbs olunan icra başçılarının Koronavirus ianələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftə ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, iki rayon – Biləsuvar və İmişli rayon icra başçılarının xidməti və yaşadığı ünvanlarda külli miqdarda pul vəsaitlərinin aşkar olunduğunun şahidi olururq.

Kiçik bir araşdırma zamanı məlum olur ki, ölkə başçısının etimadı və güvənindən istifadə edərək xalqı və dövləti talayan məmurlar sonda prezidentin çağırışlarına belə etinasız yanaşırlar, hətta bəzən məhəl qoymurlar.

Prezident İlham Əliyev ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməsi haqqında imzaladığı fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk gündən dövlət və özəl müəssisələr, hüquqi və fiziki şəxslər müxtəlif məbləğlərdə ianələr etməyə başladılar. Hətta ölkəmizdən kənarda fəlaiyyət göstərən müəssisələr və xaricdə yaşayan soydaşlarımız da bu kampaniyadan kənar qalmadılar.

Rüşvətxorluq və korrupsiya faktlarına görə həbs olunan Biləsuvar və İmişli İcra Hakimiyyətlərinin başçıları da sözügedən fonda ianələr etdilər. Lakin bu ianələr prezidentin başlatdığı kampaniyaya dəstək məqsədindən çox “başa fırladılan nəzir” puluna oxşadı.

Belə ki, Biləsuvar rayon İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 406 AZN, İmişli rayon İcra Hakimiyyəti isə 4 200 AZN məbləğində ianə etmişlər.

Tək İmişlinin icra başcısı Vilyam Hacıyevin iş otağından aşkar edilərək götürülən vəsait milyonlarla ölçülür.

Kiçik bir araşdırma etdikdə isə köçürülən ianələrin rayon ərazisində fəaliyyət göstürün büdcə təşkilatlarından və sahibkarlardan toplanan ianələrin olduğunun şahidi olmaq mümkündür. Belələrinin xalqdan və dövlətdən oğurladıqları milyonlardan xalq üçün çağırış edildikdə əllərinin əsə-əsə verdikləri o ianələr dənizdən bir damla kimi görsənir.

Korrupsiyaya qurşanmış məmurlardan aşkar edilərək götürülən dövlətə məxsus vəsaitlərin elə bu günkü gündə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılan koronavirus fonduna köçürülməsi ən doğru addımlardan biri olardı.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-istintaq tədbirləri zamanı 2020-ci il aprelin 29-da Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin xidməti otağında, az sonra, mayın 5-də isə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda qanunsuz yolla saxladıqları külli miqdarda vəsait aşkar olunaraq götürülmüşdü.

İlham Məmmədov

NOCOMMENT.az