Həbs olunan məmurun oğlu vəzifəsindən istefa verdibackend

Həbs olunan məmurun oğlu vəzifəsindən istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün həbs edilən Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.

NOCOMMENT mediapost.az-a istinadən xəbər verir ki, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib. Onun işdən azad edilməsi ilə bağlı ərizəsini daxili işlər naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur.