Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilibbackend

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib, müalicə müəssisəsinə yerləşdirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili Rəşad Mirmehdizadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.

R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.