Həbsdə olan icra başçısı və müavinindən XƏBƏR VARbackend

Həbsdə olan icra başçısı və müavinindən XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə bu günə təyin olunan hazırlıq iclası baş tutmayıb.

NOCOMMENT xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrlik etdiyi iclas sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar təxirə salınıb.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin olunub.