Həbsdə olan MTN generalı yenidən məhkəməyə verildi – EKSKLÜZİVbackend

Həbsdə olan MTN generalı yenidən məhkəməyə verildi – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və idarənin şöbə rəisi Sahib Ələkbərov yenidən məhkəməyə verilib.

NOCOMMENT.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış iş adamı Elşən Mədətov aidiyyəti üzrə məhkəməyə müraciət edib. O, müraciətində maddi ziyanın ödənilməsini istəyir.

Artıq məhkəmə müvafiq qərar qəbul edib.

Məhkəmə qərarından narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Abdıyevin icraatındadır. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 12 il 6 ay və Sahib Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyev general-mayor rütbəsindən məhrum edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində keçirilmiş prosesdə zərərçəkmiş qismində ifadə verən iş adamı Elşən Mədətov “MTN-çilər”in hədə-qorxu ilə ondan 250 min dollar aldığını deyib.