Həbsdə olan qazi azadlığa buraxıldıbackend

Həbsdə olan qazi azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şirvan Apelyasiya Məhkəməsində Vətən müharibəsindən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağzadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinə baxılıb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apelyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini A.Ağazadə azadlığa buraxılıb.

Cəlilabad Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs A.Ağazadəyə elan edilən ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən olunub.

Bununla belə, təqsirləndirilən şəxs A.Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilib.