Həbsdə olan sabiq icra başçısının səhhəti ağırdırbackend

Həbsdə olan sabiq icra başçısının səhhəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalıb.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində yaxşılaşma yoxdur: “Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirirlər. Hələ ki, onun vəziyyətində heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.