Həbsdə olan sabiq məmur xəstəxanaya yerləşdirilibbackend

Həbsdə olan sabiq məmur xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradovun vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirilib.

NOCOMMENT xəbər verir ki, V.Muradov Milli Onkologiya Mərkəzinə köçürülüb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində V.Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilməli idi. Onun vəziyyətinin qəflətən pisləşdiyi bildirilir.

Məhkəmə iclası qeyri-müəyyən günədək təxirə salınıb.