Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılova hüquqi varis təyin edilibbackend

Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılova hüquqi varis təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq millət vəkili, həbsxanada ölən Rafael Cəbrayılova hüquqi varis təyin edilib.

NOCOMMENT xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən və sonradan həbsdə koronavirusdan ölən Rafael Cəbrayılovun hüquqi varisi kimi həyat yoldaşı tanınıb.

Cinayət işi üzrə məhkəmə prosesi noyabrın 30-na təyin edilib.

Həmin gün onun barəsində olan cinayət işinə xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.