Həbsdə ölən sabiq icra başçısının əmlakları ilə bağlı məhkəməbackend

Həbsdə ölən sabiq icra başçısının əmlakları ilə bağlı məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

NOCOMMENT.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

Qeyd edək ki, mərhum N.Quliyevin hüquqi varisi 615 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. Sabiq icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:

Goranboy şəhəri, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası;

Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;

Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası;

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 21 min manat olan torpaq sahəsi.

Xatırladaq ki, N.Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Külli miqdarda mənimsəmə, rüşvətalma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. N.Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib.