Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşdı – Aparata qoşuldubackend

Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşdı – Aparata qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.

NOCOMMENT bildirir ki, bu barədə qaynarinfo-ya onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkilin sözlərinə görə, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti bir az da ağırlaşıb. Ağzından, burnundan nəfəs ala bilmədiyi üçün süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.