Həbsxanada olan Alveşin psixoloji vəziyyəti yaxşı deyil: Məhbus yoldaşlarına…backend

Həbsxanada olan Alveşin psixoloji vəziyyəti yaxşı deyil: Məhbus yoldaşlarına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveş son dərəcə depressiyaya düşmüş emosional vəziyyətdədir.

NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, məhkəmə prosesi davam etdikcə braziliyalı depressiyaya düşüb. O, məhbus yoldaşlarına depressiyada olduğunu və ruhdan düşdüyünü bildirib.

Xatırladaq ki, adı açıqlanmayan bir qadın 2023-cü ilin yanvar ayının əvvəlində braziliyalı Dani Alveşi cinsi təcavüzdə ittiham etmişdi. Fevralın 5-də onun məhkəmə prosesinə start verilib. İş üzrə məhkəmə prosesi fevralın 7-dək qapalı keçirilib.

Hakimlər keçmiş futbolçunun 9 il, zərərçəkmişin hüquqlarını müdafiə edən vəkillər isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər. Onlar həmçinin Alveş cəzasını çəkdikdən sonra həbs qətimkan tədbirinin qüvvəyə minməsini, braziliyalının 150 ​​min avro ödəməsini istəyirlər.

Alveşin vəkilləri isə iddia edirlər ki, orada cinsi təcavüz deyil, razılıq əsasında intim münasibət olub. Bununla belə, braziliyalı artıq bir neçə dəfə hadisə ilə bağlı ifadəsini dəyişib.