Həbsxanalar doldu: 4000-ə yaxın məhbus üçün əfv qərarı çıxarıldıbackend

Həbsxanalar doldu: 4000-ə yaxın məhbus üçün əfv qərarı çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabvedə həbsxanalardakı sıxlıq səbəbindən minlərlə məhbus üçün əfv qərarı çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, Zimbabve prezidenti Emmerson Mnanqaqva həbsxanalardakı sıxlıq səbəbindən təxminən 4000 məhbus üçün amnistiya elan edib.

Zimbabve Həbsxanalar və İslah Xidməti (ZPCS) tərəfindən edilən açıqlamada bəzi məhbusların Prezident tərəfindən əfv edildiyi paylaşılıb.

Bu çərçivədə bəyanatda həbsxanalardakı sıxlığın azaldılması məqsədilə 4 minə yaxın məhbusun əfv edildiyi, dövlətə xəyanət, soyğunçuluq kimi cinayətlərə görə məhkum olunanların amnistiyadan çıxarıldığı bildirilib.

Qeyd edək ki, amnistiya qərarının avqustda keçiriləcək ümumi seçkilərdən əvvəl verilməsi diqqət çəkib.

NOCOMMENT.AZ