Heç bir telekanal Xoşqədəmi yaxın buraxmır: Daha iki TV imtina etdibackend

Heç bir telekanal Xoşqədəmi yaxın buraxmır: Daha iki TV imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı Xəzər TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, komandası ilə birlikdə Xəzər-i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.

Onun ARB-yə keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, sonardan təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumatlı şəxsin sözlərinə görə, “Səni axtarıram”ın Speys TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqdəmən Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.