Heç kim Gürcüstanı sanksiyalarla qorxuda bilməz – Kaladzebackend

Heç kim Gürcüstanı sanksiyalarla qorxuda bilməz – Kaladze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan hakimiyyəti sanksiyalar tətbiq etmək hədələrindən qorxmayacaq, çünki hakimiyyət vətənə, gürcü xalqına xidmət edir və yalnız ölkə üçün xeyirli olanı edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

ABŞ bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiya və viza məhdudiyyətləri tətbiq edib və media Avropa İttifaqı tərəfindən vizasız gediş-gəlişin mümkün dayandırılmasından danışmağa başlayıb.

“Hansı hücumlar olsa da, sanksiyalarla bağlı hansı təhdidlər edilsə də, heç kim bizi qorxuda bilməz, çünki biz vətənimizə, xalqımıza xidmət edirik”, – Kaladze bildirib.

O vurğulayıb ki, Gürcüstanın hazırkı hakimiyyəti ölkəsi və Gürcüstanın gələcəyi, uşaqları və gələcək nəsilləri üçün lazım olanı edəcək.

“Bu gün bizə deyirlər ki, şəffaflıq antidemokratikdir, şəffaflıq ölkənin Avropaya inteqrasiya yolunda irəliləməsinə mane olur”, – Kaladze deyib.

O, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını və medianı xüsusi reyestrdə qeydiyyatdan keçməli və bəyannamə doldurmağı öhdəsinə götürən “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı kampaniyanı Gürcüstana qarşı aparılan “çirkli kampaniyanın” tərkib hissəsi adlandırıb.