Həcc ziyarəti niyə baha başa gəlir: Qiymətləri kim qaldırır?backend

Həcc ziyarəti niyə baha başa gəlir: Qiymətləri kim qaldırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həcc ziyarəti bir dini ritual olmaqla yanaşı, həm də müsəlmanların sammiti, zirvə toplantısıdır. Hər il bir araya gəlib, dünya müsəlmanlarının problemlərini müzakirə etməli, çıxış yolları axtarmalıdırlar”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Həcc ziyarətinin ilbəil artan qiymətlərindən danışarkən deyib. Ekspert Həcc ziyarətinə gedənlərin sayının ilbəil çoxaldığını bildirib:

“Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir, müstəqil şəkildə Həccə gedən yoxdur. Ziyarətə gedən çox olduğundan qiymətləri artırırlar”.

Akif Nəsirli Məkkədə də qiymətlərin qalxdığını vurğulayıb:

“Məkkədə bilirlər ki, hər il bu ziyarətə 3-4 milyon adam gələcək. Nə qədər şəraiti genişləndirsələr də, 3-4 milyondan artıq ora insan gedə bilmir. Ona görə də qiymətlər bahalaşır. Otel qiymətləri və s. xərclər artıb. Bütün qiymətlər bu istiqamətdə arta-arta gedir və bu da ümumi qiymətlərə təsir edir”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün bu il qiymət 5850 dollar, yəni təxminən 10 min manat təşkil edir. Bu, ötən illə müqayisədə 100 dollar artıqdır. Ziyarət 2018-ci ildə 4150 dollar, 2019-cu ildə 4285 dollara başa gəlib.

2023-cü ildə Azərbaycandan 1440 zəvvar Həccə gedib. Bu il üçün kvotalar açıqlanmayıb. 2022-ci il üçün 280 nəfərlik kvota təyin olunmuşdu.