Həcc ziyarətinə gələn zəvvarların sayında dəyişiklik edildibackend

Həcc ziyarətinə gələn zəvvarların sayında dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətinə gəlməsi üçün icazə verilən say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Saudi Press Agency” agentliyi Həcc və Ümrə İşləri Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar gəldikdən sonra koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.