Həcc ziyarətinə gələnlərin sayı kəskin azaldılıbbackend

Həcc ziyarətinə gələnlərin sayı kəskin azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı pandemiya ilə əlaqədar Həcc ziyarətinə gələnlərin sayını məhdudlaşdırıb.

NOCOMMENT ərəb mətbuatına istinadən xəbər verir ki, krallıq ölkədə geniş yayılmış koronavirusla bağlı sərt sanitar-epidemioloji qaydalar tətbiq etməyə başlayıb.

Məlumata görə, ziyarətçilər öncə karantindən keçməli, mütəmadi maska taxmalı və məsafə gözləməlidirlər. Bundan başqa, ölkə rəhbərliyi ziyarətçilərin sayına məhdudiyyət qoyaraq onların sayını 2,5 milyondan min nəfərədək azaldıb.

Bildirilib ki, seçilmiş min nəfərin 700-ü ölkədə müvəqqədi yaşayan sakinlərdir.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı pandemiyaya görə artıq 30 milyard ABŞ dollarından məhrum olub. Bu, Həcc ziyarətçilərinin hər il xərclədiyi məbləğdir. Bununla belə, Həcc ziyarəti üçün ilkin ödəniş edənlər pulunu geri götürməyə tələsməyib. Onların bir qismi növbəti il ziyarətə getməyə ümid edir, digərləri isə bu məbləği koronavirusla mübarizəyə ianə edib.