Həcc ziyarətinin qiyməti AÇIQLANDIbackend

Həcc ziyarətinin qiyməti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Bu barədə NOCOMMENT.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: “Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək”.

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.