Həccə gedənlər üçün COVID-19 pasportu tələbi ləğv edilir?backend

Həccə gedənlər üçün COVID-19 pasportu tələbi ləğv edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün COVID-19 pasportu tələbinin aradan qaldırılacağı deyilir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə elan etdiyi qərara əsasən, ölkəmizdə bir çox yerlərdə COVID-19 pasportu tələbi ləğv olunub. Bu qərardan sonra bəzi zəvvarlar Həcc üçün də oxşar tələbin aradan qaldırıldığını düşünür.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, bununla bağlı hər hansı qərar qəbul olunmayıb:

“Həcc ziyarətinə getmək üçün COVID-19 pasportunun tələb olunub-olunmayacağı ilə bağlı hazırda hər hansı bir məlumat yoxdur”,- deyə QMİ rəsmisi bildirib.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərə yaş məhdudiyyəti tətbiq olunmayacaq. Qərara əsasən, pandemiya səbəbindən 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Yəni, istənilən şəxs Həcc ziyarətinə gedə bilər.

Bu ilin mart ayında açıqlanan məlumatda qeyd olunmuşdu ki, yaş məhdudiyyəti aradan qaldırılsa da, zəvvarlardan COVID-19 pasportu tələb olunacaq.

Onu da bildirək ki, bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5750 ABŞ dollar olacaq.