Meksikadakı son istilər nəticəsində 8 nəfər həyatını itirib.
NOCOMMENT xəbər verir ki, ölkənin şimal-qərb və cənub-şərqində mövsüm normalarından bir neçə dərəcə yüksək olan həddindən artıq istilər insan itkisinə səbəb olur.
Səhiyyə Nazirliyi güclü istilər səbəbindən onlarla insanın günvurma şikayəti ilə xəstəxanalara müraciət etdiyini və onlardan 8-nin dünyasını dəyişdiyini bildirib.
Xüsusilə Sonora, Veracruz, Quintana Roo və Oaxaca əyalətlərində təsirli olan isti havanın bir neçə gün daha davam edəcəyi bildirilib.
Meteoroloqlar günorta saatlarında günəşin düz bucaq altında vurduğu zaman çox zərurət olmadıqda çölə çıxmamağı tövsiyə edib.
Son illərin ən acınacaqlı günlərinin temperaturun 40 dərəcəni keçdiyi Meksikada yaşandığı paylaşılıb.