Cənubi Koreyada ölkə ərazisində mövsümi normaları aşaraq 35 dərəcəyə çatan temperaturun həyata mənfi təsir edib.
NOCOMMENT.az xəbər verir ki, həftə sonu ölkəyə təsir edən həddindən artıq istilər səbəbiylə ölənlərin sayının ilk təsbitlərə görə 17 olduğu bildirilib.
Səlahiyyətlilər qeyd edib ki, günvurma şikayəti ilə xəstəxanalara 73 nəfər müraciət edib.
Koreya Meteorologiya Administrasiyanın açıqlamasına görə, isti dalğası təsir etməyə davam edəcək; Ölkə ərazisində temperaturun 35 dərəcəni keçəcəyi gözlənilir.