Sosial mediada, Youtube kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb şəxs müəyyən edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Youtube kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.