Hədəfimiz 3 min şəhid ailəsi və müharibə əlilinə mənzil verməkdir – RƏSMİbackend

Hədəfimiz 3 min şəhid ailəsi və müharibə əlilinə mənzil verməkdir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncama əsasən, 5 yaşayış kompleksi istifadəyə verilib”.

NOCOMMENT.az bildirir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov məlumat verib.

“Bu komplekslərdən 3-nün açılışında prezident şəxsən özü iştirak edib. Əgər, 2018-ci ildə 626 şəhid ailəsi və müharibə əlili evlə təmin olunmuşdusa, 2020-ci ildə bu rəqəm 1570 oldu. 2021-2025 -ci illər ərzində hədəfimiz 3 min şəhid ailəsini və müharibə əlilini mənzillə təmin etməkdir”.

Mənzil təminatı ilə bağlı müraciət edən şəxslərin hansı bölgədən, ərazidən mənzil ala bilməsinə aydınlıq gətirən Zaur İbrahimov bildirib ki, bu, pasport qeydiyyatı üzrə aparılır.

“Vətəndaş yaşadığı ərazinin İcra Hakimiyyətinə müraciət edərək, qeydiyyata alnır. Bu o deməkdir ki, həmin şəxs müraciərt elədiyi ərazidə istifadəyə veriləcək mənzillə təmin olacaq. Artıq bu il 1850 şəhid ailəsi və müharibə əlili məzillə təmin olunub. Lənkəranda 45, Samux rayonun Seyidlər kəndində  60-a yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub”.