Həftədə iki dəfə balıq yeyin – Ürək sağlamlığı üçünbackend

Həftədə iki dəfə balıq yeyin – Ürək sağlamlığı üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər ürək sağlamlığını dəstəkləyən yağlardan biri olan omeqa-3 üçün həftədə iki dəfə balıq yeməyin vacibliyinə diqqət çəkib.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, türkiyəli həkim prof. Dr. Ahmet Var bildirib:

“Somon, skumbriya, ton balığı, siyənək və sardina kimi yağlı balıqlar yüksək miqdarda omeqa-3 ehtiva edir. Balıq allergiyası olanlar və ya vegetarianlar alternativ olaraq omeqa-3 qaynaqlarından və ya bitki əsaslı əlavələrdən ala bilərlər. Omeqa-3 mənbələri arasında kətan toxumu, çia toxumu, qoz-fındıq daxildir”.