Həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılacaqbackend

Həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq bu həftə sonu ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

BNA bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görəcəyini bildirib.