Həftəsonu karantin rejimində vəkillərin hərəkətinə icazə veriləcək?backend

Həftəsonu karantin rejimində vəkillərin hərəkətinə icazə veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahdan əldə olunmuş məlumata görə 6-8 iyun tarixləri arasında Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti aşağıdakı istisnalarla məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının üzvlərinə də şamil olunmaqdadır.

NOCOMMENT.az Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcəkdir.

Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcəkdir. Qeyd olunmalıdır ki, həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyəti bir daha vəkillərə qeyd olunan tarixlərdə yaşayış yerlərini tərk etməmələrini, tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmələrini, habelə Operativ Qərargahın tələblərinə ciddi riayət etməli olduqlarını bildirir.