Həkəri çayı üzərində post qurulur – Kritik addımbackend

Həkəri çayı üzərində post qurulur – Kritik addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın öz ərazisinə girişdə nəzarət-buraxılış məntəqəsi yaratması fundamental hüquqa əsaslanır. Çünki Rusiya hərbi kontingentinin himayəsi ilə Ermənistan riyakarlığa yol verərək bir tərəfdən sülhdən danışır, başqa bir istiqamətdə isə təxribatlara əl atır. Erməni tərəfi müxtəlif vasitələrlə, torpaq yollarla qanunsuz olaraq Azərbaycan ərazisinə silah-sursat, terrorçu daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Xankəndiyə gedən yolun üzərindən Həkəri çayı istiqamətdə nəzarət-buraxılış məntəqəsinin yaradılması üçün Azərbaycanın tam hüququ əsası var:

“Ərazi bizə məxsusdur. Burada atılan addımlar ölkə qanunvericiliyinə uyğundur. Ermənistandan gələn çağrılmamış qonaqlar, bu ölkə vasitəsi ilə Qarabağa gəlib oradakı separatçıları qızışdıran, onları stimullaşdıran ayrı ayrı emissarların qarşısı alınmalıdır. Çünki bölgəyə İrandan gedən silah-sursatın, hərbi ekspertlərin təxribatçı şəxslərin qarşısının alınması üçün Azərbaycan zəruri tədbirləri təxirə salmadan həyata keçirməlidir”.

Partiya sədri hesab edir ki, Ermənistanla Azərbaycan sərhəd xəttində, Laçın rayonuna giriş hissəsdə nəzarət-buraxılış postunun yaradılması vacib məsələdir:

“Bu, Müdafiə və Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi dövlət mövqeyi kimi ortalığa qoyulub. Azərbaycan bu addımı atacaq. Rus sülhməramlılarının isə buna qarşı çıxmağa heç bir arqumenti və hüquqi əsası yoxdur. Çünki bu yol Qarabağda yaşayan erməni icması ilə heç bir təmas nöqtəsi deyil. Bura Azərbaycan ərazisinin giriş hissəsidir və burada postun qurulması, nəzarətin həyata keçirilməsi beynəlxalq hüquqa söykənir”./Teleqraf