Həkim Baba sağlamlıq mərkəzi: Sevginin aşmadığı əngəl yoxdurbackend

Həkim Baba sağlamlıq mərkəzi: Sevginin aşmadığı əngəl yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim Baba sağlamlıq mərkəzinin fizioterapevti, İstanbul Aydın Üniversitesi Sağlık Bilimler Fakultesi Fizyoterapi Ve Rehabilitasyon Bölümü məzunu İlahə Məlikzadənin nocomment.az-a müsahibəsi.

– İlahə xanım neçə ildir bu sahə ilə məşğulsunuz? Hazırda Həkim Baba sağlamlıq mərkəzində fizioterapevt kimi işləyirsiniz. Mərkəzin adı maraqlı gəldi. Niyə Həkim Baba?

– (Gülümsəyir) Demək olar ki, hər gün bir neçə dəfə bu sualla rastlaşıram. Bu adı qoyarkən “Bir qalanın sirri” filmindəki Həkim Baba obrazından təsirlənmişik. Həkim Baba güvən verən, tibbi dərindən bilən el ağsaqqalı, müsbət bir obrazdır.

– Mərkəzinizdə uşaqlara özəl reabilitasiya mərkəzi var. Həmin mərkəzdə hansı xəstəliklər müalicə olunur?

– Mərkəzimizdə pediatrik xəstəliklər, yəni, uşaq serebral iflici, əyri boyunluluq, daun sindiromu, skalioz, kifoz, lordoz kim xəstəliklər müalicə olunur. Bundan əlavə, ortopedik problemli uşaqlar, daha dəqiq desək – ayaqlarda əyri pəncəlilik, el arasızda X bacaq və O bacaq kimi tanınan valgus və varus, iməkləmə və yerimədə gecikmə olan uşaqların valideynləri də bizə müraciət edə bilərlər.

– İlahə xanım, sizin mərkəzdə müalicə metodu necədir?

– İlk öncə onu qeyd edim ki, hər uşaq fərdi olaraq müayinədən keçir, sonra isə, həmin uşağa xüsusi proqram çizilir və plana uyğun kompleks şəkildə müalicə aparılır.

Bəs müalicəyə nələr daxildir?

– Hər növ müalicəvi idman hərəkətləri. Bu həm passiv, həm də aktiv şəkildə tətbiq olunur. Bundan əlavə, duyu bütünləmə yöntəmi ilə çalışma və kinezyo bantlama yöntəmi tətbiq edirik.

Kinezyo bantlama ortezi əvəzedici bir yöntəmdir.Yəni, daha ucuz başa gələn və ortez qədər keyfiyyətli olan bir prosedurdur. Bundan əlavə, elektro terapiya tətbiq olunur.

– Paralel olaraq başqa hansı müalicələr aparılır?

– Skalioz üçün xüsusi masaj tətbiq olunur. Hipoton əzələlər üçün gücləndirici masajlar və ya əyripəncə problemi olan uşaqlara xüsusi masajlar tətbiq olunur. Bütün bunlar mərkəzimizdə çalışan peşəkar masajistlər tərəfindən icra edilir

– Müalicə etdiyiniz xəstəliklərin əksəriyyəti ağır xəstəliklərdir. Belə uşaqlarla işləmək çətin deyil ki?

– (gözləri dolur) Əlbəttə, çətindir. Mən özüm də anayam. Uşaqlarla çalışdığım ərəfələrdə o qədər gizlin ağladığım vaxtlar olub ki. Mən və Həkim Babanın digər əməkdaşları işlədiyimiz hər bir uşağa ilk növbədə sevgi veririk. O uşaqlar bizim yanımıza qorxaraq deyil, gülə-gülə gəlirlər. Biz uşaqlarla yanaşı, həmin uşaqların valideynlərinə də maksimum dəstək olmağa çalışırıq.

– Bir həkim və bir ana kimi həmin valideynlərə nə tövsiyə edirsiniz?

– İlk növbədə məsuliyyətli olmalıdılar. Məsələn, uşaqda yastıpəncəlik varsa, bu uşağın atasında da olub deyib də, boş buraxmamaq lazımdır. Bəzən yastıpəncəlik skalioz xəstəliyinə qədər gətirib çıxarır. 2-ci növbədə valideynlər maksimum güclü olmalıdırlar və övladlarına aşırı dərəcədə sevgi verməlidirlər. Sevginin aşmadığı əngəl yoxdur çünki.