Həkim: Bəhram Bağırzadənin vəziyyəti tədricən yaxşılaşırbackend

Həkim: Bəhram Bağırzadənin vəziyyəti tədricən yaxşılaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa tədricən yaxşılaşır”.

NOCOMMENT xəbər verir ki, bunu Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.