Həkim-oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açılıb? – Vəkilindən AÇIQLAMAbackend

Həkim-oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açılıb? – Vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaş Humay Əliyeva həkim-oftalmoloq C.Şahbazov barəsində cinayət işinin başlanılmasını ictimailəşdirməklə istintaqa mane olmağa cəhd edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında C.Şahbazovun vəkili Asim Abbasov deyib.

 

O bildirib ki, cinayət işi fakt üzrə başlanıb:

“Cinayət işi fakta görə başlanıb, C.Şahbazov barəsində yox. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov hələ ki istintaqa cəlb olunmayıb. Cinayət işi isə 5 ay əvvəl başlanıb”.

13:27

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Cahid Şahbazovla əlaqə saxlamağa cəhd edib.

Suallarımızı oftalmoloqun özü yox, köməkçisi Gülər xanım cavablandırıb. O qeyd edib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

“Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər”.