Həkim psixiatr Zaur Qasımov: Antidepressant dərmanlar asılılıq yarada bilər? -VİDEObackend

Həkim psixiatr Zaur Qasımov: Antidepressant dərmanlar asılılıq yarada bilər? -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov “İstifadədən sonra asılılıq yaradan dərmanlar” mövzusuna aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “İstifadədən sonra asılılıq yaradan dərmanlar” barədə danışıb.

Həkim Psixiatr Zaur Qasımov 11

“Müraciət edən xəstələrin böyük əksəriyyətini belə bir sual maraqlandırır:

Mənə yazdığınız dərmanlar asılılıq yaradırmı? Bu məndə gələcəkdə hər hansısa problem yaradacaqmı? Dərmanın istifadəsini rahat bir şəkildə dayandıra biləcəyəm?

Psixiatrların yazdıqları dərmanlar heç də insanlarda asılılıq yaradan, narahatçılıq törədən dərmanlar deyil. Belə dərmanlardan qorxmaq lazım deyil. Əgər bir dərman sizin üçün fayda edir, sizin keçirtdiyiniz narahatçılıqları aradan qaldırır, sizə bir rahatlıq verir və rahat şəkildə yaşamanıza səbəb olursa, bu dərmanın təsirindən qorxmaq lazım deyil.

Həmişə xəstələrimə belə bir misal çəkirəm, insan bir eynəyi daimi taxırsa və yaxud təzyiqi olan bir şəxs daimi bir dərmanı qəbul edirsə, bu dərman və ya eynək hər hansı asılılıq yaradarmı?! Əlbəttə, xeyr.

Dərmanlar içərisində asılılıq yaradan dərmanlar ola bilər. Benzodiazepinlər uzun müddət istifadə edilən zaman asılılıq yarada bilər. Ancaq bizim təyin etdiyimiz antidepressantlar və neyroleptik dərmanlar asılılıq yaratmır”,- deyə həkim psixiatr qeyd edib.