Həkim psixiatr Zaur Qasımov: Dırnaq yemə vərdişinin səbəbi nədir? – VİDEObackend

Həkim psixiatr Zaur Qasımov: Dırnaq yemə vərdişinin səbəbi nədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov insanlarda olan “Dırnaq yemə vərdişi”ndən danışıb.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov çox insanda və xüsusən də uşaqlarda olan “Dırnaq yemə vərdişi” barədə danışıb.

Həkim Psixiatr Zaur Qasımov_10

“Bəzi insanlarda dırnaq yemə, dırnaq dərisini qopartmaq, saçını qopartmaq, bədənlərini səbəbsiz qaşımaqdan yara etmək kimi hallara rast gəlinir. Bütün bunlar ailələrində təzyiq göstərilən uşaqlarda daha çox rast gəlinir. Müəyyən vasitələrlə çalışırlar ki, bunu etməsinlər, lakin buna nə qədər də çalışsalar qarşısını ala bilmirlər və bunu bir həyat tərzi kimi qəbul edirlər. Əslinə qalsa bu heç də belə deyil, həmin şəxslər özləri də istəmirlər ki, belə hərəkət etsinlər. Bu cür hərəkətləri etməmişdən qabaq onlar daxili narahatçılıq hissi keçirirlər, gərginləşirlər, onlara bir sıxıntı gəlir, lakin həmin hərəkəti etdikdən sonra isə bir rahatlaşma hiss edirlər. Rahatlıq gəldikdən sonra həmin şəxs fikirləşir ki, mən bunu bir daha etməyəcəm, lakin şəxs bunu yenə təkrarlayır. Bunu bir psixi pozuntu hallarından olan obsesif kompulsif pozulması alt forması kimi də qiymətləndirmək olar. Buna görə də bu kimi mövzularda həkim-psixiatra müraciət edilməsi məqsədə uyğundur”,- deyə həkim psixiatr qeyd edib.