Həkim psixiatr Zaur Qasımov: Halusinasiyalar və ya qeyri real hadisələr – VİDEObackend

Həkim psixiatr Zaur Qasımov: Halusinasiyalar və ya qeyri real hadisələr – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov “Halusinasiyalar və ya qeyri-real hadisələr nədir ” sualına aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “Halusinasiyalar və ya qeyri-real hadisələr” barədə danışıb.

Həkim Psixiatr Zaur Qasımov_10

“Halusinasiya reallıqda olmayan hadisələrin bizim beynimiz tərəfindən qavranılmasıdır. Halusinasiyalar daha çox sinir xəstələrində baş verir. Ən çox rast gəlinən halusinasiyalar eşitmə və görmə halusinasiyalarıdır. Bu zaman reallıqda olmayan səslərin eşidilməsi, bəzən onunla danışılması və yaxud da hər hansı qarabasmalar şəklində görsənirlər və onlarla danışırlar. Eyni zamanda halusinasiyalar bəzən bizim daxilimizdə yerləşən hər hansı varlığın göstəriş verməsi, danışması kimi daha mürəkkəb hadisələrə səbəb olur. Ən təhlükəli halusinasiyalar isə həmin hisslərin və yaxud da görüntülərin insanlara müəyyən şəkildə göstərişlər verməsidir, bu ciddi psixi problemdir və bu zaman psixiatra müraciət etmək məqsədə uyğundur”,- deyə həkim psixiatr qeyd edib.