Həkim psixiatr Zaur qasımov: Panik atak nədir? – VİDEObackend

Həkim psixiatr Zaur qasımov: Panik atak nədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Panik atak barəsində danışmaq istəyirdim. Səbəbsiz olaraq həyəcanlanma, həyəcanın getdikcə şiddətlənməsi və artması aşkar edilir.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı bu sual ətrafında fikirlərini bölüşüb.

Həkim Psixiatr Zaur Qasımov_10

İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta bilməməsi, evdə olarkən pəncərələri açması, qapalı yerdə olma, qapalı yerdən çıxma, tərləmə, ürək döyülməsi, nəbzin sürətlənməsi müşahidə olunur.

Bu tutma halında xəstələr ölüm qorxusunu çox yaşayırlar. Həmçinin, ağıllarını itirmək, dəli olma qorxusu yaşayırlar. Elə bilirlər ki, ağılları itəcək, yaxud da köməksiz bir yerdə qalacaqlar. Çarəsiz, heç kim buna nəsə edə bilməyəcək, ağır bir hadisə baş verəcək və çarəsiz duruma düşəcəklər. Belə olan hallarda, həkim hissiyyatı təmuratı etməyi məqsədə uyğun görür.

Belə olan hallarda həkimə mütləq qaydada müraciət etmək vacibdir.