Həkim psixiatr Zaur Qasımov: Qorxu NƏDİR? – VİDEObackend

Həkim psixiatr Zaur Qasımov: Qorxu NƏDİR? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov “Qorxu nədir” sualına aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “Qorxu nədir?” barədə danışıb.

Həkim Psixiatr Zaur Qasımov 11

“Qorxu insanlarda müəyyənsizlikdən yaranan bir hissdir. Qorxu nə ilə qarşılaşacağını  bilməyən insanlarda müdafiə hissidir. Hündürlükdən adladıqda və ya yırtıcı heyvanla qarşılaşdıqda nə olacağını bilmədikdə qorxu yaranır, şüphəsiz ondan sonra həyəcan qoşulur, lakin bəzi hallarda refleks qorxular yaranır. Bəzən isə səbəbsiz qorxu hissi yaranır bu insanlarda həyəcan, təşviş, narahatlıq yaradır. Bu tip qorxular patalojik qorxulardır, hər hansı bir xəstəliklərin fonunda yaranan qorxulardır, psixi xəstəliklərdən xəbər verir. Əgər sizdə və ya yaxınlarınızda yersiz yaranan qorxular, həyəcanlar, narahatlıqlar varsa həmin şəxslərin psixiatıra müraciət etməsi məqsədə uyğundur”, – deyə həkim psixiatr qeyd edib.