Həkim xəbərdarlıq edir: Bundan istifadə şişkinliyə səbəb ola bilərbackend

Həkim xəbərdarlıq edir: Bundan istifadə şişkinliyə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xiyar, sağlam qidalanma rasionunda tez-tez yer alan faydalı tərəvəzlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzin həddindən artıq istehlakı mədə-bağırsaq sistemində şişkinlik yarada bilər.

NOCOMMENT.az milli.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Sabina Şafikova “RIA Novosti” agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, xiyar az miqdarda lif tərkibli olsa da, bu, metabolizmin sürətlənməsinə, qan xolesterinin səviyyəsinin tənzimlənməsinə və qan damarlarının sağlamlığına müsbət təsir göstərir.

Xiyar eyni zamanda C və K vitaminləri, maqnezium və kalium kimi faydalı maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin düzgün fəaliyyəti üçün vacibdir.

Lakin həkim vurğulayıb ki, xiyarın miqdarına diqqət edilməlidir. Onun normadan artıq istehlakı bəzi insanlarda şişkinlik və narahatlıq hissinə səbəb ola bilər.