Həkimdən Bəhram Bağırzadənin son durumu ilə bağlı yeni açıqlamabackend

Həkimdən Bəhram Bağırzadənin son durumu ilə bağlı yeni açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır kimi qiymətləndirilir. Lakin son günlər davamlı müsbət dinamika müşahidə olunur”.

NOCOMMENT xəbər verir ki, bunu Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O qeyd edib ki, hazırda B.Bağırzadə yalnız ağciyərlərin süni ventilyasiya aparatına qoşulu vəziyyətdədir: “Müalicə prosesi davam edir. Ümid edirik ki, qısa müddətdə daha sevindirici xəbərlər verə biləcəyik”.

B.Musayev onu da qeyd edib ki, dünəndən başlayaraq əməkdar artistdə müəyyən huş elementlərinin bərpası qeyd olunub.

Məlumat üçün bildirək ki, B.Bağırzadə iki gün əvvəl ECMO cihazından ayrılıb.