Həkimin intiharı ilə bağlı yeni DETALLARbackend

Həkimin intiharı ilə bağlı yeni DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq öldürən tanınmış həkim Xalidə Kəngərlinin intiharı barədə yeni detallar məlum olub.

NOCOMMENT xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb. (Oxu.Az)

Xalidə Kəngərlinin həkim yoldaşları da intiharla bağlı yeni məlumatlar veriblər.

Cərrah Rəşid Əliyevin sözlərinə görə, mərhum həkim pozitiv insan olub, kiminləsə intriqası olmayıb: “Hamıyla mehriban olub. Bu dəqiqə bütün klinikadakılar kədərlidir. Həkimlər mat qalıblar ki, bu necə olan bir işdir”.

Rəşid həkim Xalidə Kəngərlinin uzun çəkən ailə problemlərinin olduğunu, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olduqlarını deyib: “Həmin gün həyat yoldaşı içib ona şəkil atıb. Sonra da deyib ki, evdəyəm, səni gözləyirəm. Xalidə evə gedəndən 1-2 saat sonra bu xəbər gəldi”.

Digər həkim yoldaşı Ləman Əsgərova Xalidə Kəngərlinin psixoloji cəhətdən tam sağlam olduğunu bildirib: “Mən iki ay idi onu tanıyırdım. Pozitiv insan idi, ailəsin sevən biri idi. Ailə münaqişəsi olub”.(Cebhe.info)

Həkim bu gün dəfn olunub.